Damladan şəklini cıran Elzaya yardım - VİDEO

Hazırda oxunan: Damladan şəklini cıran Elzaya yardım - VİDEO

75506

"Səni axtarıram" ictimai-sosial verilişə yardım üçün müraciət edən Əməkdar artist Elza Seyidcahana daha bir həmkarından dəstək gəlib.

Bizim.Media xəbər verir ki, Seyidcahanın illərdir "ulduzu barışmayan" və tənqid atəşinə tutduğu müğənni Damla (Məsumə Məmmədova) ona maddi köməklik edib. Proqramın aparıcısı Xoşqədəm Hidayətqızı Damlanın ona 500 manat göndərdiyi söyləyib.

Bu isti münasibətə Elza qarşılıq verərək "Damlanın vaxtında şəklini cırıb atmışdım. Sənətə görə bunu etmişəm" deyib və fikirlərini belə davam edib: "Bəzi sənət adamları özlərini xeyriyyəçi kimi göstərirlər, amma elə deyil. Manaf Ağayevdən də xeyriyyəçi insanlar var.
Vasif Məhərrəmli, Nazpəri Dostəliyeva, Könül Kərimova, Nəzakət Teymurova, Mələkxanım Əyyubovadan dəstək gözləyirdim" sözlərini dilə gətirib.

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev və qardaşı Faiq Azayevə icarəyə verib.

Lakin onlar icarə üçün müqavilə imzalamaqdan boyun qaçırıblar. Bir müddətdən sonra Əməkdar artist sözügedən obyekti geri almaq istəsə də, qarşı tərəf onları təhdid edib, həmin məkanın özlərinə aid olduğunu iddia ediblər.
Ali Məhkəmənin qərarı ilə öz mülkünə sahiblənmək üçün 65 min manat ödəməli olan sənətçi acınacaqlı vəziyyətdə olduğunu söyləyib. E.Seyidcahan bir sıra verilişlərə qatılaraq, ona xalq tərəfindən köməklik göstərilməsini xahiş edib.    

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin