Tərəvəzçilik İnstitutundan Xaçmaz pomidoru ilə bağlı AÇIQLAMA: “Bərpa edirik...”

Hazırda oxunan: Tərəvəzçilik İnstitutundan Xaçmaz pomidoru ilə bağlı AÇIQLAMA: “Bərpa edirik...”

75487

Xaçmaz pomidorunun GMO-larla əvəzlənməsi məsələsinə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik İnstitutundan da cavab gecikmədi.

İnistitutdan genofondunun qorunub saxlınılması istiqamətində görülən işlər haqqında Bizim.Media-ya məlumat verilib.

Məlumata görə, itməkdə olan qədim sortlarımızın toxumları müxtəlif vasitələrlə əldə olunduqdan sonra mütəxəssislər tətəfindən biotexnoloji üsullardan istifadə edilməklə müasir laboratoriyalarda, daha sonra açıq sahə və istixana şəraitində bərpa olunur, yaxşılaşdırılır və toxumları artırılır:
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmaza getsən, Xaçmaz pomidoru tapa biləcəksənmi? – Fermerlərdən ŞOK CAVABLAR


“Son dövrlərdə institutda soğanın "Yerli Xaçmaz", "Yaxşılaşdırılmış Hövsan"sortları ilə yanaşı, Xaçmazın məşhur pomidoru olan "Vətən-1" sortu da yaxşılaşdırılıb və təmiz toxumları artırılıb. Bu sort keyfiyyətinə və dadına görə xüsusi olaraq fərqlənir”. 

İnstitutdan bildirilib ki, əhali tərəfindən sevilən və Xaçmaz rayonunun məşhur pomidoru məhz bu sortdur: 

“Bu sort Xaçmazın Qusarçay kəndində yerləşən Təcrübə stansiyasında bərpa olunub və bölgənin torpaq-iqlim şəraitinə tam uyğundur. Bundan başqa, həmin bölgə üçün yeni pomidor sortlarının sınaq-təcrübə işləri geniş şəkildə həyata keçirilir. Sınaqdan keçirilmiş sortlar gələcək fermerlərin istifadəsi üçün qeydiyyata alınmağa təqdim edilir”.

Yerdə qalır "Vətən-1" sortunun geniş şəkildə, kəndliyə, fermer ictimaiyyətinə təqdim olunması.

Ümidvarıq ki, tezliklə Xaçmaz pomidoru öz əvvəlki şöhrətinə qovuşacaq və fermerlər də xarici sortlardan imtina edib yerli sortları əkib becərəcəklər.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin