"Nümayəndə heyəti Nadirin özünü tam göstərməsinə mane oldu" - Samirə Əfəndi

Hazırda oxunan: "Nümayəndə heyəti Nadirin özünü tam göstərməsinə mane oldu" - Samirə Əfəndi

75452

"Turində xoşagəlməz məsələlər oldu. "İnstagram"ın hekayə bölümündə çəkib insanlara baş verənlər haqda qısa da olsa məlumat verdim. Cəmiyyət mənim bu açıqlamalarımı yanlış anladı".

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycanı iki dəfə 2020-ci ildə "Kleopatra", 2021-ci ildə isə "Matahari" nəğməsi ilə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən, gənc müğənni Samirə Əfəndi deyib.  

Bir müddət əvvəl müğənninin Azərbaycana deyil, Norveçə dəstək çıxması sosial media əhli tərəfindən qəzəblə qarşılandı.

Onlar Əfəndinin bu addımını tənqid edilər. Qalmaqalın içinə düşən Samirə bu məsələyə belə münasibət bildirdi: 

"Orada ölkə söhbəti deyil, nümayəndə heyəti söhbəti gedirdi. Yəni mən artıq "Avroviziya"ya gəldim də... Onlar mənə qarşı gərək başqa cür addımlar atardılar. Amma hərə öz ağlına görə hərəkət edir. Mən də bunları görüb bir sözlə boş verdim". 
Əfəndi builki "Avroviziya" təmsilçimiz Nadir Rüstəmlinin çıxışını bəyənsə də, onun səhnədə özünü tam göstərə bilmədiyini söyləyib. O, bunu nümayəndə heyətimizin Nadirin üzərinə getməsi və onu sosial şəbəkələrdən uzaq tutması ilə əlaqələndirib: 

"Nadir səhnədə tam açılışmamışdı, sıxılırdı. Bu da onun səhnə təcrübəsinin az olmasından irəli gəlir. Bir də bir nüans var ki, müsabiqədən əvvəl sosial şəbəkələrdə Nadirin nümayəndə heyəti ilə aralarında yaşanan konfliktin videosu yayıldı. Bu da ona çox təsir etdi. Mənim çıxışımdan əvvəl Nigar Camalın və digər keçmiş təmsilçilərimizin videolarını göstərib mənə deyirdilər ki, sən heç beşliyə belə düşməyəcəksən. Geyimimə də "ağız-burun" əyirdilər. Səhnə öncəsi insana bu kimi tənqidlərin söylənilməsi heç də düzgün deyil. Amma mən onların mənə söylədiklərinə "Əşşi" ilə cavab verdim. Nadir tam olaraq özünü göstərə bilmədi.

Builki "Avroviziya"da Norveçlə, İspaniya mənim qəlbimi fəth elədi. Bu iki ölkənin həm perfomansı həm səhnə tərtibatı möhtəşəm idi. Azərbaycandan da belə bir çıxış gözləsəmdə, amma olmadı".  

Samirə Əfəndi üçünçü dəfə "Avroviziya"ya yalnız müəyyən şərtlər əsasında qatılacağını açıqlayıb: 

"Təklif gəlsə yenə gedərəm. Bu artıq 3-cü dəfə olacaq. Bu dəfə şərtlərim daha çox olacaq. Sosial şəbəkədəki hesablarımın parollarını verməyəcəyəm. Orada bəzi nüanslar var ki, bağladığımız müqavilə ilə edilən işlər düzgün gəlmir. "Avroviziya"ya gedən bütün təmsilçilərimiz sosial şəbəkə hesablarının parollarını verir.

Bu isə düzgün deyil. Mən Norveçin nümayəndə heyəti və təmsilçisi ilə danışanda o belə bir halın bizdə baş verməsinə çox təəccüübləndi. Onlar düşünürlər ki, sosial şəbəkəyə girib haqqımızda yazılan rəyləri oxuyanda məyus və pis oluruq.
Fikrimiz ona yönəlir, dağınıq oluruq. Amma bu səhf fikirdir. Əksinə təmsilçi insanlarla daha çox ünsiyyətdə olmalıdır. Bundan da motivasiya almalıdır. Nəinki qapanıb bir otağa əlindən telefonu alınsın. Müsabiqədə mənim əlimdən telefonumu almamışdırlar".  

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin