İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə, Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bildirilir ki, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikliyə əsasən, bir sıra dövlət rüsumlarının, o cümlədən ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat topluları ilə bağlı dövlət rüsumlarının məbləğləri orta hesabla 50-100 faiz artırılıb.
Qeyd olunur ki, bu istiqamətdə aparılan təhlillər nəticəsində əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyatı sahəsində göstərilən xidmətlərə görə, xidmət haqlarının məbləğlərinin orta hesabla 50 faiz artırılması məqsədəuyğun hesab olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:36 / 20.05.2022
Azərbaycanda bu sahələrdə xidmət haqları 50 faiz artırıldı – QƏRAR
Hazırda oxunan: Azərbaycanda bu sahələrdə xidmət haqları 50 faiz artırıldı – QƏRAR
Hazırda oxunan: Azərbaycanda bu sahələrdə xidmət haqları 50 faiz artırıldı – QƏRAR
75346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.