Market sahibi ətdən çıxan qurda görə Qida Təhlükəsizliyini İTTİHAM ETDİ - QALMAQAL  

Hazırda oxunan: Market sahibi ətdən çıxan qurda görə Qida Təhlükəsizliyini İTTİHAM ETDİ - QALMAQAL  

75339

Şəkidə Store supermarketdən alınan ətin içindən tərkibi məlum olmayan kənar cismin çıxdığını xəbər etmişdik. Bu barədə Bizim.Media-ya Şəki sakini Nəzakət Kərimova müraciət etmişdi. Dediyinə görə marketdən aldığı 4 kiloqram ətin içindən yaşıl rəngə çalan kütlə çıxıb. Alıcı ətin içindən çıxan yad cismi qurd yumurtasına bənzədib. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən saytımıza isə bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılır. 

Məsələnin aktuallığını nəzərə alıb Şəki Store marketlə əlaqə saxladıq. Marketin rəhbəri Eldar Əhmədov Bizim.Media-ya açıqlamasında qəbul etdikləri ətin hər kəsimdən sonra Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılıb, ştamplandığını vurğulayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda marketdən alınan ətin içindən görün nə ÇIXDI? – TÜKÜRPƏDİCİ FOTO


“Ət satışı məntəqəsi marketimizdə icarədədir. Amma ora ət qəssablar tərəfindən qanuni şəkildə kəsilib gətirilir. Bu günə qədər marketimizdə satılan ətdən son halı istisna etməklə şikayət olmayıb. Yol qırağı kiçik satış marketləri deyilik. Qəbul etdiyimiz məhsulların Qida Təhlükəsizliyi tərəfindən sertifikatı var. Sözün düzü ilk dəfədir belə bir hal yaşanır və bilmirəm nə məsələdir. Zatən alıcı aldığı əti qaytardı və pulunu geri verdik. Təbii ki, bu, alıcının hüququdur”.

Marketi ətlə təmin edən qəssab Kiran Kərimovun sözlərinə görə isə diri heyvanları Şəki bazarından alınır və təhlükəsizliyə əməl olunur:

“Bilə-bilə xəstə heyvanı kəsmərik. Xüsusi kəsim məntəqələrində hər gün heyvan kəsilir, yoxlanılır, ştamp vurulur və gətirilir. Problemli əti 3-5 manatdan ötrü kiməsə vermək olmaz. Qarşıma belə bir hal çıxmıyıb. Hər halda ətin içindən çıxan yad cismi Qida Təhlükəsizliyi Agentliyi daha yaxşı bilər. Çünki onların labaratoriyası var. Heyvan isti-isti kəsilir, marketə verilir və dərhal da satılır. Məhsul uzun müddət qalmır. Biz tərəfdən problem yoxdur”.

Hər iki açıqlamadan belə çıxır ki, tərkibində yad cisim çıxan ətə məsul olan qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir. Məhz qurumun yerli şöbəsinin nəzarətsizliyi belə bir biabırçı və təhlükəli problemi ortaya çıxarıb. 


Məsələ ilə bağlı Agentliyin növbəti mövqeyini dərc etməyə hazırıq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin