Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskayanın Bakıdakı konserti ləvğ olunub.
Bizim.Media xəbər verir ki, ermənipərəstlikdə ittiham olunan müğənni bütün Qafqaz xalqlarını sevdiyini bildirsə də, onun bu sözlərinə sosial şəbəkə izləyiciləri inanmayıblar.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanı təhqir edən Lyubov Uspenskayanın Bakıda konserti ləğv edildi - FOTO/VİDEO
Xatırladaq ki, 3 il əvvəl Bakıda səfərdə olan L.Uspenskayanın erməni dilində mahnı oxuması qalmaqal yaratmışdı.
Sözügedən görüntülərdə L.Uspenskayanın piano arxasında erməni mahnısı ifa etməsi, daha sonra isə sözügedən dildə Bakıda da mahnı ifa etdiyini etiraf etməsi əks olunub.
"Qarabağ müharibəsinin ən qızğın vaxtı idi, Bakıya qastrol səfərinə getmişdim. Konsertdən sonra azərbaycanlılar məni nahar yeməyi üçün Bakının məşhur restoranlarından birinə apardılar. Biz orada o qədər spirtli içki qəbul etdik ki, "lül-qəmbər" olduq. Birdən qonaqlar dedilər ki, Lyuba, dur, bir mahnı ifa et. O qədər içmişdim, ağlımdan tamamilə çıxmışdı ki, haradayam.
Başladım erməni dilində mahnı ifa etməyə. Musiqiçilər məni bir neçə dəqiqə müşayiət etdikdən sonra yerlərindən durub, çıxıb getdilər" - deyə, Lyubov bildirmişdi.
Sözügedən görüntülərlə bağlı sosial şəbəkə istifadəçiləri, eləcə də Azərbaycanın məşhurları L.Uspenskayanın Azərbaycana gəlib, burada oxuyub, pul qazanıb və daha sonra bu cür addım atmasını doğru hesab etməyərək, onu linç etmişdilər.
Rəşad Əliyev Bizim.Media