Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi RPİ-nin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq, onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Bakının mərkəzində yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNİB
Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.
Hadisə ilə bağlı görüntüləri təqdim edirik:
Bizim.Media