Bayden Ukraynaya 40 milyard dollarlıq yardımı imzalayacaq

Hazırda oxunan: Bayden Ukraynaya 40 milyard dollarlıq yardımı imzalayacaq

75291

ABŞ prezidenti Co Bayden Ukraynaya 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini imzalayacaq. 

Bizim.Media xəbər verir ki, bu məlumatı Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan brifinqdə açıqlayıb. 

O bildirib ki, Kiyevə yardım göstərməkdə ləngimə olmayacaq:  

“Biz Konqresdən qanun layihəsini tez bir zamanda təsdiqlədikləri üçün təşəkkür edirik”. 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsü ötən həftə olub. Senatda sənəd ötən gün təsdiqlənib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin