Azərbaycanda donor bankı yaradıldı - FOTO

Hazırda oxunan: Azərbaycanda donor bankı yaradıldı - FOTO

75236

Mayın 19-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, iclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.

Onun sözlərinə görə, artıq donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub, mütəxəssislərin hazırlığına başlanılıb.

Bildirib ki, donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub.

Əhliman Əmiraslanov qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Sənədin işləməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var.

Komitə sədri deyib ki, birinci oxunuşda müzakirəyə çıxarılan 3 məsələ - “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələri 20 oktyabr 2020-ci il tarixli “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Sonra hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin