Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə DYP avtomobilinin qadını vurması ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, hadisə Babək prospektində baş verib.
O qeyd edib ki, həmin görüntülərdəki nəqliyyat vasitəsi Nizami Rayon Dövlət Yol Polisinə məxsus avtomobildir:
“Yaşlı qadın yolu keçən zaman onun ayağı büdrəyərək avtomobildən xeyli aralıda yerə yıxılır. Həmin DYP avtomobili qadına dəyməyib. Polis əməkdaşları da maşını saxlayaraq qadına kömək edib yolu keçirirlər. Bizdə hadisə ilə bağlı digər videogörüntülər də var. Görüntülərdən aydın şəkildə görünür ki, polis avtomobili qadını vurmayıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə DYP avtomobilinin qadını vurması iddiası ilə videogörüntülər yayılmışdı. (Report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:10 / 19.05.2022
Bakıda polis maşını qadını vurub? - DYP-dən AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Bakıda polis maşını qadını vurub? - DYP-dən AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Bakıda polis maşını qadını vurub? - DYP-dən AÇIQLAMA - VİDEO
75217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.