2020-ci ilin noyabrından bu günə kimi Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdəki 706 abidədən 404-nü artıq aşkarlayıb.
Bizim.Media xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşa şəhərində keçirilən “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işğaldan azad olubmuş ərazilərdə 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkar edilib, siyahıya alınıb:
“Bura kitabxanalar, muzeylər, mədəniyyət klubları və digər mədəni müəssisələr daxildir. Bu proses davamlı olaraq həyata keçirilməkdədir”.
Xatırladaq ki, konfransda Anar Kərimovla yanaşı, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, ISESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Əmrəyev, Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
16:06 / 19.05.2022
Azad edilmiş ərazilərdə 404 abidə aşkar edilib – MƏDƏNİYYƏT NAZİRİ
Hazırda oxunan: Azad edilmiş ərazilərdə 404 abidə aşkar edilib – MƏDƏNİYYƏT NAZİRİ
Hazırda oxunan: Azad edilmiş ərazilərdə 404 abidə aşkar edilib – MƏDƏNİYYƏT NAZİRİ
75216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.