Şuşada beynəlxalq konfrans keçirilir

Hazırda oxunan: Şuşada beynəlxalq konfrans keçirilir

75185

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir. 

Bizim.Media xəbər verir ki, iki gün davam edəcək konfransın plenar sessiyalarında regional ekosistemin qorunması, mədəni irsin qorunmasının gələcək perspektivləri, mədəni irsin qorunmasının sülhə, dialoq və əməkdaşlığa töhfəsi, mədəni irs davamlı sülhün təməli kimi, postkonfliktdən sonrakı dövrdə qurulan dialoqlarda mədəniyyətin rolu, keçmiş çağırışlar – gələcək perspektivlər: irsin idarə olunması siyasətinin urbisid kontekstində tətbiqi mövzusunda müzakirələr nəzərdə tutulub. 

Konfransda Mədəniyyət naziri Anar Kərimov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edib. 

Konfransda, həmçinin ISESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Əmrəyev, Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos iştirak edirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin