Bu gün Azərbaycana rəsmi səfər çərçivəsində Belarus Respublikasının Baş naziri Roman Qolovçenko Gəncə şəhərində olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qonaq ilk olaraq Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsini anmaq üçün raket zərbələrinə məruz qalmış əraziyə gəlib.
Qonağa bildirilib ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 44 günlük Vətən Müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb.
Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Erməni faşizminin izləri ilə tanış olan Belarusun Baş Naziri Roman Qolovçenko həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binasının ətrafına gül dəstəsi qoyub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Siyasət
12:49 / 19.05.2022
Belarusun baş naziri Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinləri yad etdi – FOTO
Hazırda oxunan: Belarusun baş naziri Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinləri yad etdi – FOTO
Hazırda oxunan: Belarusun baş naziri Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinləri yad etdi – FOTO
75169
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.