"Məişət zorakılığına qarşı mübarizədə Azərbaycanın səylərini müsbət qiymətləndiririk" - Aİ rəsmisi 

Hazırda oxunan: "Məişət zorakılığına qarşı mübarizədə Azərbaycanın səylərini müsbət qiymətləndiririk" - Aİ rəsmisi 

75149

"Məişət zorakılığına qarşı mübarizədə Azərbaycan hökumətinin səylərini müsbət qiymətləndiririk".  

Bizim.Media xəbər verir ki, bu fikirləri "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Parlamentarilər zorakılığa məruz qalanlarla bağlı mövqe ortaya qoymalıdır" - Bahar Muradova


Aİ rəsmisi qeyd edib ki, bütün dünyada qadınlara qarşı zorakılıq halları qalmaqdadır:

"Məişət zorakılığına qarşı mübarizədə cəmiyyətin patriarxatlığına və mentalitetinə qarşı mübarizə də daxildir. Cinayət halları araşdırılmalı, cinayətkarlar əməllərinə görə cavab verməlidirlər. Bu cür əməllər törədənlərin islah edilməsi də vacibdir. Parlamentarilər bu sahədə səlahiyyətli şəxslərdir. Onlar qadınlara qarşı zorakılığı ölkə gündəmində olan məsələyə çevirə bilər. Bu sahədə qanunlar qəbul edə bilərsiniz".  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin