"Azərbaycan məişət zorakılığına qarşı mübarizədə müsbət addımları artırmaqdadır. 2011-ci ildə Qadınlara qarşı zorakılıqla bağlı qanun qəbul olunub".
Bizim.Media xəbər verir ki, bu fikirlər "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Avropa Şurasının baş katibi Mariya Pejinoviç Buriçin videomüraciətində səsləndirib.
AŞ baş katibi Azərbaycanda bu istiqamətdə bəzi işlərin görüləcəyinə ümid etdiyini də qeyd edib:
"Eyni zamanda Azərbaycanla bağlı müxtəlif layihələr həyata keçirilir. Bu istiqamətdə əsasən İstanbul Konvensiyasının qəbulu istiqamətində işlər görülür. Bu konvensiya məişət zorakılığına qarşı qızıl standartdır. İstanbul Konvensiyasına bu günə qədər 35 ölkə qoşulub. Ümidvarıq ki, Azərbaycan da bu konvensiyaya qoşulacaq".
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:25 / 19.05.2022
“Ümidvarıq ki, Azərbaycan da İstanbul Konvensiyasına qoşulacaq” - Avropa Şurasının baş katibi
Hazırda oxunan: “Ümidvarıq ki, Azərbaycan da İstanbul Konvensiyasına qoşulacaq” - Avropa Şurasının baş katibi
Hazırda oxunan: “Ümidvarıq ki, Azərbaycan da İstanbul Konvensiyasına qoşulacaq” - Avropa Şurasının baş katibi
75143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.