İcra məmuru tərəfindən döyüldüyü deyilən qadınla bağlı AÇIQLAMA

Hazırda oxunan: İcra məmuru tərəfindən döyüldüyü deyilən qadınla bağlı AÇIQLAMA

75140

Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsi ilə bağlı açıqlama verilib.

Vəkillər Kollegiyasının Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yayılan məlumatda adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.

Qurum qeyd edib ki, Kollegiyanın rəsmi veb-səhifəsində yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər:

“Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin