İlkin Süleymanov prokurorun suallarını cavabladı: "Məcbur oldum ki..."

Hazırda oxunan: İlkin Süleymanov prokurorun suallarını cavabladı: "Məcbur oldum ki..."

75048

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə  İlkin Süleymanov prokurorun suallarını cavablandırıb.

Prokuror təqsirləndirilən şəxsdən ibtidai istintaqa verdiyi ifadə cinayəti törətdiyini etiraf etməsi, lakin məhkəmədə bunu inkar etməsinin səbəbini soruşub.
 

MÖVZU İLƏ BAĞLI:

Nərmin öldürülərkən hamilə olub? – Valideynindən İLGİNC AÇIQLAMA


İ.Süleymanov cavab olaraq bildirib ki, o, istintaq zamanı işgəncələrə məruz qalıb. Nəticədə cinayəti etiraf edib.

Qeyd edək ki, növbəti məhkəmə prosesi mayın 25-nə təyin olunub.

Qeyd edək ki, İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin