Azərbaycanın xarici ticarət dövriyyəsi kəskin artdı

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsi kəskin artdı

75038

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ölkələrlə xarici ticarət dövriyyəsi 60,4% artaraq 15,863 milyard ABŞ dollarına çatıb.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu rəqəm 9,893 milyard ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsinin 74,5%-i və ya 11,823 milyard ABŞ dolları ixracın, 25,5%-i və ya 4,041 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə müvafiq olaraq ixrac 85,8%, idxal isə 14,5% artıb.

Nəticədə, xarici ticarətdə müsbət saldo 2,7 dəfə artaraq 7,783 milyard ABŞ dollarına yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin