Ruslar tərəfindən güllələnən ukraynalı 3 qardaşdan biri möcüzəli şəkildə məzardan sağ çıxdı - VİDEO

Hazırda oxunan: Ruslar tərəfindən güllələnən ukraynalı 3 qardaşdan biri möcüzəli şəkildə məzardan sağ çıxdı - VİDEO

75006

Çerniqov vilayətinin sakini Nikolay Kuliçenko, sözün əsl mənasında məzardan qalxıb. Bölgənin işğalı zamanı ruslar bir nəfərin iki qardaşı ilə birgə partizan olduğundan şübhələniblər. İşgəncə verildikdən sonra hər üçü güllələnib, lakin Nikolay möcüzəvi şəkildə sağ qalmağı bacarıb. 

Bizim.Media xəbər verir ki, Nikolay TSN-in müxbirlərinə öz hekayəsini təfərrüatı ilə izah edib. 

33 yaşlı kişinin "dirilməsi" hekayəsi 40 kilometr aralıda yerləşən Dovjik kəndində - dayaz qəbirdən başlayıb.

Orada ruslar onu qardaşları ilə birlikdə güllələyiblər. Qəsəbə Belarusla sərhədə çox yaxın olduğu üçün müharibə başlayandan dərhal sonra işğal edilib. Hərbi texnika fasiləsiz hərəkət edib və kolonlardan biri ukraynalı müdafiəçilər tərəfindən partladılıb. Bundan sonra ruslar yerli əhali arasında partizanları axtarmağa başlayıblar. 

"Onlar hər evə girdilər, insanları soyundurdular və yerə yıxdılar. Uşaqları da hədələdilər. Burada baş verənlər çox qorxunc idi", - Nikolay deyib. 

Kuliçenko qardaşlarından biri Ukrayna silahlı qüvvələrində xidmət edib. Ruslar Yevgeninin hərbi xidmətdə olmasından xəbər tutublar və hər üç nəfəri qərargahda dindirməyə aparıblar. Vişnevoye kəndində əsil dindirilmə “məntəqəsi” yaradılıb. Əsir götürülən ukraynalı hərbçilər və mülki şəxslər bura gətirilib. 

Nikolayın dediyinə görə, ruslar bıçağı onların boğazına dirəyərək, tüfəngin qundağı ilə qarınlarından vurublar, avtomatın ucunu ağızlarına soxublar.

Dindirilmələr zamanı Çeçenistan lideri Ramzan Kadırovun “Çikatilo” ləqəbli adamı ruslar arasında xüsusilə qəddarlığı ilə seçilib. "Əgər danışmasan, mənim hesabımda 82-ci olacaqsan". Kadırovun döyüşçüsü Nikolaya səslənib. 
Kuliçenko qardaşlarına üç gün işgəncə verilib, sonra isə yolun yaxınlığındakı desant meydançasına aparılaraq güllələnib. Ruslar atəş açmazdan əvvəl Nikolay başını çevirib. Ona görə də güllə onun yanağından keçib, amma o, özünü ölü kimi göstərib. Sağ qalan qardaşı çuxura birinci atıblar, iki qardaşının cəsədiini isə onun üstünə tullayaraq basdırıblar. 

Nikolay toparlanaraq nəfəs alıb. O, əbədi olaraq xatırladığı məzarda bir neçə dəqiqə keçirib, çıxmaq üçün əlləri və dizləri ilə təkan verib.

Nəticədə qardaşı Dmitrinin cəsədini yana itələyərək çölə çıxa bilib. Sonra Nikolay yaralı halda evlərinə tərəf yollanıb. Günlərlə tarlaları gəzib, düşmənin keçid məntəqələrindən yan keçib, sonda doğma kəndlərinə çatıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin