Dövlət Komitəsi Mediasiya Şurası ilə bu sahədə əməkdaşlıq edəcək - SƏDR

Hazırda oxunan: Dövlət Komitəsi Mediasiya Şurası ilə bu sahədə əməkdaşlıq edəcək - SƏDR

74963

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə münaqişələrinin həllində Mediasiya Şurası ilə birlikdə yeni layihələr üzərində çalışacaq".  

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.  

Komitə sədrinin sözlərinə görə, Mediasiya Şurası yeni fəaliyyətə başlayıb və ilk gündən şuraya dəstək göstərilir:  
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycanda çətinliyi olan ailələrin sayını azaltmaq istəyirik" - Bahar Muradova 


"Yerlərdə mərkəzlərimiz var. Həmin mərkəz əməkdaşlarının mediasiya işinə cəlb olunması üçün müraciətləri müsbət cavablandırmışıq. Bu dəstək davam edir. Biz imkanlarımızı birləşdirməliyik. Çünki bu, ailənin sağlamlığı, qorunması və boşanmaların qarşısının alınması məsələsidir. Bizim bu nöqtədə fəaliyyətimiz birləşir. Ona görə də davamlı müzakirələr aparırıq".  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin