"Bu il bizə 11005 ailə mübahisələrilə bağlı müraciət daxil olub. Ötən illə müqayisədə rəqəmlərdə artım var və mübahisələrin 395-i barışıq sazişi ilə nəticələnib".
Bizim. Media xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2021-ci ildə ailə mübahisələri ilə bağlı quruma 11912 müraciət olub. Onların 752-si barışıq sazişi ilə nəticələnib:
"Bu da məhkəmələrin iş yükünün azaldılmasına təsir edir. Burada təkcə nikaha xitam verilməsi, boşanma deyil, uşağın kimdə qalması, uşağın xaricə çıxarılması, əmlak bölgüsü və digər məsələlər də olub".
N.Adilov qeyd edib ki, ümumilikdə 59 mediatra işlərində nöqsanları olduğu xəbərdarlıq edilib və 7 mediatrın fəaliyyəti dayandırılıb: "14 mediatrın hərəkətində pozuntu olmadığı üçün müsbət qərar qəbul edilib, 12 mediatra isə töhmət verilib".
Alçina Amilqızı, Bizim.Media