“Daşnaksütyun” partiyasının Ali Orqanının sədri Simon Simonyan İrəvanda saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.
Mənbə yazır ki, polis ona qarşı güc tətbiq edib. "Qolunu sındıracaqsan" deyə Simonyan polisin hərəkətlərinə qəzəblənib.
Xatırladaq ki, İrəvanda mayın 18-i saat 8:00-dan etibarən Nikol Paşinyanın başçılıq etdiyi komandanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyaları davam edib.
Ermənistan paytaxtının müxtəlif yerlərində etirazçılar küçələri bağlayırlar. Polis hərəkəti bərpa etməyə çalışır. Mayın 2-dən Ermənistanda itaətsizlik aksiyaları keçirilir. Ötən gün 417 nəfər saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
11:11 / 18.05.2022
İrəvanda daşnakların “başçısı” saxlanıldı - FOTO
Hazırda oxunan: İrəvanda daşnakların “başçısı” saxlanıldı - FOTO
Hazırda oxunan: İrəvanda daşnakların “başçısı” saxlanıldı - FOTO
74931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.