BMT-dən güneyli alimlə bağlı İran hökumətinə MÜRACİƏT

Hazırda oxunan: BMT-dən güneyli alimlə bağlı İran hökumətinə MÜRACİƏT

74920

Mayın 17-də Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Katibliyi İran hökumətinə müraciət edərək İsveç-İran vətəndaşı, güney azərbaycanlı alim Əhmədrza Cəlalinin barəsində çıxarılan edam hökmünü ləğv etməyə çağırıb. 

Bizim.Media fars mətbuatına istinadən xəbər verir ki, bundan öncə Avropa Birliyinin nümayəndəsi Enrike Mora mayın 13-də Tehrana səfəri zamanı eyni müraciətlə çıxış etmiş və Teran hökumətindən alimi azadlığa buraxmağı istəmişdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə müraciətlərə cavab olaraq Cəlalinin ağır cinayətdə ittiham olunduğunu iddia edib.

“Cəlalinin cinayət işi təhlükəsizlik məsələsi ilə bağlıdır. O, Avropa ölkələrindən birinin dəstəyi ilə ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərib və nüvə alimlərimizin ölümünə səbəb olub”- deyə, Xətibzadə iddia edib.
O, buna baxmayaraq alimin edam hökmünün icrasının ertələnməsi ilə bağlı məsləhətləşmələr aparıldığını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin