Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,79 ABŞ dolları, yaxud 3,17 % artaraq 123,18 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı neft bazarındakı mənbə yayıb.
Qeyd edilib ki, dünən “Brent” markalı neftin bir bareli 114,24 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:14 / 18.05.2022
Azərbaycan neftinin qiyməti 123 dolları keçdi
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 123 dolları keçdi
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 123 dolları keçdi
74913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.