Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, final oyununda Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər. 
İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 
 
Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
 
Bizim.Media





























































































