Günəş panelləri ilə bağlı YENİLİK – Bundan sonra... 

Hazırda oxunan: Günəş panelləri ilə bağlı YENİLİK – Bundan sonra... 

74798

“Azərbaycanda insanlar fərdi olaraq evlərinin damında günəş panelləri yerləşdirə biləcəklər”. 

Bizim.Media xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-Avropa İttifaqı biznes forumundakı çıxışında bildirib. 

Onun sözlərinə görə, bunun üçün ilk növbədə bir çox mexanizmlər təmin olunmalıdır: 

"Ölkəyə elektrik enerjisi mənbələrinin gətirilməsi əlbəttə ki, elektrik qiymətindən asılıdır. Azərbaycanda elektrik enerjisi bitməyib, nisbətən aşağıdır və bunu təbii ki, ehtiyatla tənzimləmək lazımdır. Çünki bu, orta maaşa görə uyğunlaşdırılır. Azərbaycan enerji sərvəti olan ölkədir. Əgər siz maaşınızın 10%-dən çoxunu məhz isinməyə sərf edirsinizsə, bu, o deməkdir ki, enerji cəhətdən zəifsiniz.

Azərbaycan özünü tamamilə elektrik enerjisi ilə təmin edir. Amma burada tək bazar qanunları deyil, həmçinin əlavə stimullar da tətbiq olunmalıdır". 
“Hazırda yenilənə bilən enerji mənbələrinin subsidiyalaşdırılması və maliyyələşdirilməsi həyata keçirilir. Təbii ki, istənilən subsidiya hesablamaları çətinləşdirir, amma düşünürəm ki, biz bu istiqamətdə düzgün fəaliyyətdəyik",- deyə Elnur Soltanov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin