Bu gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin Gələcək Azərbaycan Partiyasının (GAP) sədri İbrahimov Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, məhkəmə Qalib Salahzadə və digərlərinin iddialarını təmin etməyib.
İddiaçılar qeyd ediblər ki, Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarında olan tikililər A.Şakiroğlu tərəfindən zəbt edilib.
“Qafqazinfo”nun məlumatına görə, məhkəmədən xahiş olunub ki, qeyd olunan ünvandakı torpaq və evlərin boşaldılaraq sahiblərinə verilməsi təmin edilsin.
Q.Salahzadə bildirib ki, mübahisəli ərazidə GAP lideri Rəsul Quliyevin dünyasını dəyişmiş bacısı Ceyran Quliyevanın da adına torpaq sahəsinin olduğu iddia edilir. Amma C.Quliyevanın oğlu Elbrus Quliyev mülk davası aparmadığı halda, R.Quliyevin ABŞ vətəndaşları olan övladları A.Şakiroğlunun vasitəsilə torpaq sahələrini qanunsuz zəbt ediblər.
Q.Salahzadə məhkəmə qərarından yuxarı instansiyaya şikayət edəcək.
Xatırladaq ki, Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:07 / 17.05.2022
Şeyxin qudası Rəsul Quliyevə uduzdu
Hazırda oxunan: Şeyxin qudası Rəsul Quliyevə uduzdu
Hazırda oxunan: Şeyxin qudası Rəsul Quliyevə uduzdu
74783
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.