Bir manatlıq taksilər qiyməti qaldırdı - ETİRAZ

Hazırda oxunan: Bir manatlıq taksilər qiyməti qaldırdı - ETİRAZ

7478

Hövsanın el arasında “1 manatlıq” deyilən taksiləri qiyməti qaldırıb.

Bizim.Media əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən Suraxanı rayonu, Hövsan qəsəbəsindən şəhərə hərəkət edən taksilər gediş haqqını artırıb.

Qəsəbədən “28 May” metrostansiyasına hərəkət edən taksilərin sürücüləri sərnişinlərdən adambaşına 2 manat tələb edib. 

Qəsəbədən “Əhmədli” və “Neftçilər” metrostansiyalarına gediş haqqı üçün 1 manat 50 qəpik təklif olunub.  Halbuki hər iki istiqamətdə gediş haqqı bu günə qədər 1 manat, “28 may” metrostansiyasına fövqəladə vəziyyətlərdə 1 manat 50 qəpik olub. "1 manatlıq" taksilərin bu addımı Hövsan sakinlərinin narazılığına səbəb olub.

Sosial şəbəkələrdə yayılan paylaşımlara görə, Hövsanla paralel, Xırdalan, Masazır və Sumqayıta paytaxtdan və ya əksinə hərəkət edən “1 manatlıq” taksilərdə də gediş haqqı artıb. 

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən taksi xidmətlərinə Tarif Şurası tərəfindən nəzarət edilmir və müvafiq gediş haqqını dövlət müəyyənləşdirmir.

Alçina Amilqızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin