“Aİ nazirləri Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləyir" – Borrel  

Hazırda oxunan: “Aİ nazirləri Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləyir" – Borrel  

74759

“Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri Finlandiya və İsveçin NATO-ya daxil olmasını tam dəstəkləyəcək”. 

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel təşkilatın müdafiə nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən görüşündən öncə bildirib. 

“Biz İsveç və Finlandiyanın NATO-ya daxil olmasını tam dəstəkləyəcəyik, çünki bu bizim birliyimizi möhkəmləndirəcək və bu, Şimali Atlantika Alyansını gücləndirəcək”, - deyə Borrel qeyd edib. 

O, həmçinin Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına etiraz etməsinə münasibət bildirib:

“Ümid edirəm ki, bu tip etirazları aradan qaldıra bilərik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin