102 yaşlı veteran işə gedir və təqaüdə çıxmaqdan imtina edir

Hazırda oxunan: 102 yaşlı veteran işə gedir və təqaüdə çıxmaqdan imtina edir

74698

Avstraliyadan olan 102 yaşlı İkinci Dünya Müharibəsi veteranı hələ də işə gedir və təqaüdə çıxmaqdan imtina edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı LADBible nəşri yayıb.

Kişinin sözlərinə görə, onu uzunömürlü və xoşbəxt insan edən məhz əmək olub.

Fil Hocson cəbhəyə getməzdən əvvəl 1934-cü ildən bərbər kimi çalışıb, müharibədən sonra isə satış nümayəndəsi kimi karyerasına başlayıb. 1982-ci ildə təqaüdə çıxıb, lakin tez başa düşüb ki, 60 yaşı olmasına baxmayaraq, televizor qarşısında boş otura bilməz.

Fil özünü müxtəlif sahələrdə sınaqdan keçirdikdən sonra 15 il emalatxanada işləyib və uşaq oyuncaqları hazırlayıb. Hocson şirkətin tarixində ən yaşlı işçi olub.
Veteranın sözlərinə görə, o, sevinclə işə gedir və təqaüdə çıxmaq haqqında belə düşünmür.

“Mənim işləməklə bağlı heç bir şikayətim yoxdur”, o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin