Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Rusiya sülhməramlı qüvvələrinin tərkibində yer lan hərbi həkim kontingentinin Dağlıq Qarabağdakı fəaliyyətləri haqqında məqalə yayımlanıb.
Məqalədə Rusiya sülhməramlı kontingentinin hərbi həkimlərindən ibarət səyyar qrupların Dağlıq Qarabağın müxtəlif yaşayış məntəqələrində yerli əhaliyə yardım göstərməyə davam etdiyi qeyd olunub.
Belə ki, son günlərdə Rus hərbi həkimləri Martuni bölgəsinin “Nngi” qəsəbəsinin 50-dən çox sakininə tibbi yardım göstəriblər.
Ümumilikdə, Rusiya hərbi həkimləri 135 uşaq daxil olmaqla 1100-dən çox Dağlıq Qarabağ sakininə yardım göstərdikləri bildirilib.
Məqalədə diqqət çəkən məqam isə Rusiya Müdafiə Nazirliyinin məqalədə qondarma Dağlıq Qarabağ respublikasını bildirən “НКР” (DQR) abreviaturasından istifadə edilməsidir.
Belə ki, məqalə Müdafiə Nazirliyinin saytında “Hərbi sülhməramlı həkimlərin səhra briqadaları Dağlıq Qarabağ Respublikasının (НКР) yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım göstərdilər” başlığı ilə dərc olunub.
Xatırladaq ki, 10 noyabrda imzalanmış sülh razılaşmasına əsasən Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda yerləşdirilmiş, Rusiya Dağlıq Qarabağın hər hansı statusunun olmadığını və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olduğunu qəbul etmişdi.
İndi isə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan məqalədə “НКР” abreviaturasına yer verilməsi haqlı olaraq bəzi şübhələr yaradıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:56 / 05.01.2021
Rusiya Müdafiə Nazirliyi nə üçün “НКР” adından istifadə edir? - FOTO
Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyi nə üçün “НКР” adından istifadə edir? - FOTO
Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyi nə üçün “НКР” adından istifadə edir? - FOTO
7463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.