Murad Arif: “Ölkələr ikinci yer üstündə mübarizə aparırdı”

Hazırda oxunan: Murad Arif: “Ölkələr ikinci yer üstündə mübarizə aparırdı”

74629

““Avroviziya” ilə bağlı bukmeykerlərin hesabatları və proqnozları düz çıxdı. İştirakçılar səhnəyə çıxanda sanki bilirdilər ki, Ukrayna qalib gələcək”. 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin şərhçisi, bəstəkar-müğənni Murad Arif deyib.  

O bildirib ki, Avropanın əsas mövzusu hazırda Ukraynada gedən müharibədir:

“Mümkün deyil ki, “Avroviziya” Avropa hadisəsi olaraq, o məsələyə münasibətsiz qalsın. Düşünürəm ki, bütün ölkələr ikinci yer üstündə mübarizə aparırdı”. 

M.Arif Azərbaycan təmsilçisinə göndərilən səslərin az olmasını mahnımızın şlyager olmaması ilə əlaqələndirib:

“Xalq səsverməsindən fərqli olaraq, münsiflərin təmsilçimizə verəcəyi səsin daha çox olduğunu gözləyirdim. Çünki bizim musiqimiz kütləvi şlyaqer olacaq potensialda deyil. Bizim ifaçımız Nadir Rüstəmli şlyaqer idi, ifaçımız hitdir. Onun səsi, ifası, obrazı çox sevildi. Oxuduğu musiqi dərindir, amma asan yadda qalan deyil. Mürəkkəb nəğmədir. Ona görə də xalqın bu nəğməni sevməsini gözləmirdim. Məhz bu səbəbdən də bu nəticə məni təəccübləndirmədi”. 

Rəşad Əliyev Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin