“Aztəminatlı insanlara dəstək üçün büdcəyə yenidən baxılmalıdır” – TƏKLİF

Hazırda oxunan: “Aztəminatlı insanlara dəstək üçün büdcəyə yenidən baxılmalıdır” – TƏKLİF

74604

“Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da büdcə təşkilatlarından kənar  insanlara bu şamil edilmədi. O cümlədən aylıq maaş almayan aztəminatlı və ya günəmuzd çalışan insanların bu əmək haqqı artımlarından bəhrələnə bilmədilər. Bu qəbildən olan insanların həyat şəraitinə infilyasiya ciddi təsir etməkdədir”. 

Bizim.Media xəbər verir ki, bu fikirlərlə iqtisadçı-ekspert Eldəniz Əmirov çıxış edib.

Ekspert qeyd edib ki, bu qəbildən olan insanların maddi təminat məsələsinə yenidən baxılmasına böyük ehtiyac var:
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il 47 min ailəyə ünvanlı dövlət sosial yardım verildi


“Hazırda mövcud neft qiymətləri də büdcəyə yenidən baxmaq üçün geniş imkanlar yaradır ki, bu yolla əmək haqqı artımlarından yararlana bilməyən, amma həyat səviyyəlırinə infilyasiyanın ciddi problem yaratdığı insanlara dəstək göstərilsin.

Aydın məsələdir ki, ölkə müharibədən çıxıb, quruculuq işləri, şəhid və qazi ailələrinə dəstək, dövlət investisiya layihələri, ərzaq təhlükəsizliyinim təminatı və s. məsələlərlə əlaqədar xeyli maliyyə vəsaiti xərcləyirik. Bütün bunlar həm işlərin sürətinə görə, həm də çox şaxəliliyinə görə həqiqətən alqışa layiqdir.  Amma bunlar aztəminatlı insanların infilyasiya tərəfindən əzilməsinə  sakit dayanıb baxmağa əsas ola bilməz”.

Eldəniz Əmirovun sözlərinə görə aztəminatl ailələrə yardım göstərilməsi məsələsinə yenidən baxılmasında da hər hansı maneə yoxdur:

“Ölkənin 53 milyard dollara yaxın ehtiyat valyutası var. Yəni təhlükəsizlik yastığı güvəniləcək dərəcədədir. Neft də büdcədə 50 dollar götürülsə də ən azı 2 dəfədən artıq baha satılır.  Odur ki, heç olmasa infilyasiyanın daha çox təsir etdiyo aztəminatlı insanları dəstəkləmək üçün büdcəyə yenidən baxmaq üçün heç bir maneə yoxdur. Dəstəyin formasına gəldikdə isə bunu ən müxtəlif forma və üsullarla reallaşdırmaq olar”.
Ekspert aidiyyatı subyektlərin məsələni yaxın zamanda gündəmə gətirəcəklərinə ümidvar olduğunu da diqqətə çatdırıb.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin