Rusiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə barışmayacaq – Nazir müavini

Hazırda oxunan: Rusiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə barışmayacaq – Nazir müavini

74574

Rusiya İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə barışmayacaq.

Bizim.Media xəbər verir ki, bu fikri Rusiya XİN başçısının müavini Sergey Ryabkov səsləndirib.

Onun sözlərinə görə, NATO-ya daxil olmaqla İsveç və Finlandiyanın təhlükəsizliyi möhkəmlənməyəcək:

“NATO-nun genişlənməsindən sonra Rusiyanın öz təhlükəsizliyini necə təmin edəcəyi isə ayrı məsələdir”.

“Bizim bununla barışacağımıza heç bir illüziya olmamalıdır. Hərbi gərginliyin ümumi səviyyəsi artacaq, vəziyyəti əvvəlcədən görmək getdikcə çətinləşəcək”, - deyə nazir müavini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin