Avronun gələcəyi ilə bağlı BƏDBİN PROQNOZ – Manat ucuzlaşacaqmı?

Hazırda oxunan: Avronun gələcəyi ilə bağlı BƏDBİN PROQNOZ – Manat ucuzlaşacaqmı?

74562

“Ümumən, Avropa Mərkəzi Bankının uçot dərəcələrini artırmaq qərarı, avronun məzənnəsindən daha çox, Avropadakı inflyasiya və qiymət artımına hesablanıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov səsləndirib.

Belə ki, Avropa Mərkəzi Bankının iyulda uçot dərəcələrini artıracağı ilə bağlı açıqlamasının mümkün təsirlərini şərh edən ekspertin sözlərinə görə, qərarın məzənnəyə təsirinin olması da təbiidir:
 

MÖVZU İLƏ BAĞLI:

Avro dəyərdən düşməyə davam edəcəkmi? - ŞƏRH


“Lakin digər tərəfdən, Rusiyanın Ukraynaya qarşı müharibəsi bütövlükdə Avropa iqtisadiyyatına böyük zərbə vurub və bundan sonra da vurmağa davam edəcək. Bu baxımdan, avronun məzənnəsi yaxın aylarda, bəlkə də illərdə artmayacaq. Uçot dərəcələrinin artırılması qərarının isə yalnız avronun ucuzlaşmasının qarşısını almağa təsiri ola bilər”.

Qeyd edək ki, FED-in uçot dərəcələrini artırmaq qərarından sonra avronun dollar qarşısında ucuzlaşması müşahidə olunmaqdadır. Eyni zamanda son həftələrdə Avropa İttifaqının pul vahidinin manatla müqayisədə ucuzlaşması da diqqətdən yayınmır.
Ekspertlərin proqnozuna görə, manatın sabitliyini təmin edən əsas məqamın neft qiymətləri olduğunu nəzərə alsaq, milli valyuta üçün devalvasiya gözlənilmir. 

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin