TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 7%-dək artıb

Hazırda oxunan: TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 7%-dək artıb

74553

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10858,3 min ton, yük dövriyyəsi isə 2 557,7 mln. ton-km olub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7% və 6,3% artım müşahidə olunub.

Yüklərin 6115,1 min tonu və ya 56,3%-i avtomobil nəqliyyatı, 3 507 min tonu və ya 32,3%-i dəmir yolu nəqliyyatı, 1 236,2 min tonu və ya 11,4%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,8%-i və ya 2 585,3 min tonunu tranzit yüklər təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin