Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşaraq, yolda təhlükə yaratmaqla avtoxuliqanliq edən şəhər sakini Ramil İsgəndərovu saxlayıb.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən məlumat verir ki, sürücü idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə saxlanılan zaman onun narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.İsgəndərov sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, 15 sutka inzibati qaydada həbs edilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:54 / 16.05.2022
“Avtoşluq” edən narkoman sürücülük hüququndan məhrum edildi – FOTO
Hazırda oxunan: “Avtoşluq” edən narkoman sürücülük hüququndan məhrum edildi – FOTO
Hazırda oxunan: “Avtoşluq” edən narkoman sürücülük hüququndan məhrum edildi – FOTO
74540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.