“Zaman Ermənistanın xeyrinə işləmir” - “Aravot”un baş redaktoru

Hazırda oxunan: “Zaman Ermənistanın xeyrinə işləmir” - “Aravot”un baş redaktoru

74535

Ermənistan hakimiyyətinin qarşısında çətin vəzifə durur: müharibənin yenidən başlanmasından, həmçinin əlverişsiz sülh sənədinin imzalanmasından yayınmaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Aravot” erməni nəşrinin baş redaktoru Aram Abramyan “Yenə öz nöqteyi-nəzərimdən” adlı məqaləsində yazır.

“Cümə günü Düşənbədə Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri ikitərəfli, sonra isə üçtərəfli görüşlər keçirib. Rəsmi açıqlamaya görə, demarkasiya və delimitasiya komissiyasının yaradılması məsələləri müzakirə olunub.
Düşənbədəki görüşlərdən əvvəl Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev ölkəmizin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb.

Sonuncunun fikrincə, Ermənistan Qarabağ ermənilərinin təhlükəsizlik məsələləri də daxil olmaqla, Azərbaycanın 5 tanınmış maddəsinə özünün 6 maddəsini əlavə edib. Lakin Azərbaycan mediası qeyd edir ki, bu kimi məsələlər Azərbaycanın daxili işi olduğundan Hacıyevlə müzakirə olunmayıb”, - Abramyan qeyd edir. 

O, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun sözlərini xatırladıb:

“Danışıqların predmeti Qazax rayonunun yeddi kəndinin, eləcə də Kərkinin Azərbaycana verilməsidir”.

Abramyanın fikrincə, bu, Azərbaycan tərəfinin Düşənbədəki görüşdə irəli sürdüyü tələblərdir. Baş redaktor Ararat Mirzoyanın Azərbaycan tərəfinin tələblərinə cavabını bilmədiyini deyib.

“Rusiya ilə Qərb arasında münaqişə fonunda ATƏT-in Minsk qrupunun faktiki olaraq buraxılmasını nəzərə alsaq, zaman bizim xeyrimizə işləmir. Rusiya Ukraynada apardığı sərsəm müharibəyə görə zəifləyir. ABŞ və Aİ həm coğrafi, həm də siyasi baxımdan regiondan kənardadır. Rus atalar sözündə deyildiyi kimi, padşah bizdən uzaqdadır, Tanrıya isə əlimiz çatmır.

Müxalifətin küçədə mübarizəsinə gəlincə isə onlar deyirlər ki, hakimiyyəti dəyişək, sonra danışıqlara “sıfır nöqtədən” və ya “öz nöqtəmizdən” başlayaq. Amma əməldə özləri də fərqinə varmadan son rüsvayçılıq yükünü öz üzərlərinə götürməyə çalışırlar. Səbəbi aydın deyil.
Birincisi, yalnız hakimiyyətə gələnlərə təklif olunan şərtlər yuxarıdakı səbəblərdən daha pis olacaq.

İkincisi, ötən ilki məlumatlara görə, Paşinyanın 680 min fanatı var və mən inanıram ki, onlar baş nazirin istənilən addımını alqışlayacaqlar. Heç kimin bu qədər tərəfdaşı yoxdur. Odur ki, qoy onlar öz seçdikləri meyvələrdən sona qədər həzz alsınlar”, - Abramyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin