“Google”un tərcümə proqramı öz sisteminə 24 yeni dil əlavə edib. Bununla da sistemdəki dillərin ümumi sayı 133-ə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
Bildirilib ki, tətbiqə əlavə edilən dillərin 10-u Afrikaya məxsusdur:
“Qanada "Ashante", Malidə "Bambara", Qana və Toqoda "Jeje", Sierra Leonedə "Krio", Uqanda və Ruandada “Luqanda”, Efiopiya və Keniyada "Oromo", Konqo Respublikası, Anqola, Cənubi Sudan və Mərkəzi Afrika Respublikasında "Lingala", CAR-da "Sepedi", Eritreya və Efiopiyada "Tigrinya" və Esvatini, Mozambik, Cənubi Afrika və Zimbabvedə danışılan "Tsongo" dilləri sistemə əlavə edilib”.
Həmçinin bildirilib ki, lavə edilmiş digər 14 dilə kürdcənin Sorani ləhcəsi, həmçinin Hindistan, Latın Amerikası və Filippin dilləri daxildir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:26 / 16.05.2022
“Google tərcümə"də YENİLİK - 24 dil əlavə edildi
Hazırda oxunan: “Google tərcümə"də YENİLİK - 24 dil əlavə edildi
Hazırda oxunan: “Google tərcümə"də YENİLİK - 24 dil əlavə edildi
74518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.