3 illik embarqoya son – VİDEO

Hazırda oxunan: 3 illik embarqoya son – VİDEO

7449

Oman baş nazirinin köməkçisi Fehd bin Mahmud Al Said, Küveyt əmiri Şeyh Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah, Qətər əmiri Şeyh Temim bin Hamed Al Sani Körfəz ölkələri Əməkdaşlıq Şurasının sammitində iştirak üçün Səudiyə Ərəbistanının Əl-Ula şəhərinə səfər ediblər.

Bizim.Media “haberglobal”a istinadən xəbər verir ki, sammitdə Səudiyyə Ərəbistanı və Qətər arasında hava, dəniz və quru sərhədlərinin açılması barədə anlaşmanın imzalanması gözlənilir. 

Bununla da Ər-Riyad və Doha arasında 3 ildir ki, davam edən anlaşılmazlıq həllini tapa bilər.

Qətər əmirini hava limanında Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəməd bin Salmanın mülayim qarşılaması da gözdən qaçmayıb. 

Xatırladaq ki, 2017-ci ildə Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn terrorizmə dəstək səbəbi ilə Qətərlə diplomatik əlaqələri kəsmişdilər. 

Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin