Mayın 16-sı saat 08:53-də ilin ilk Ay tutulması başa çatıb.
Bizim.Media xəbər verir ki, Ay tutulması mayın 16-sı saat 07:29-da başlayıb və 1 saat 24 dəqiqə davam edib.
Tutulmanın maksimumu saat 08:11-də olub.
İlin ilk tam Ay tutulmasını Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayıb.
*** 08:20
Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb. Bu, tam Ay tutulmasıdır.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Bizim.Media-ya bildirilib ki, tutulma saat 07:29-da başlayıb və saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.
Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkündür. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmur.
Bizim.Media