Ukrayna kəşfiyyatı: Kadırovçular geri çəkilən rus əsgərlərini güllələyiblər

Hazırda oxunan: Ukrayna kəşfiyyatı: Kadırovçular geri çəkilən rus əsgərlərini güllələyiblər

74447

Ukraynaya qarşı müharibədə Çeçenistan Respublikasından 2,5 minə yaxın yaraqlı iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti Facebook-da məlumat yayıb.

“Özlərini Kadırovçular adlandıranlar Rusiyanın genişmiqyaslı hərbi işğalının ilk günlərində Ukrayna ərazisinə daxil olmağa başlayıblar. Onların əsas vəzifəsi ukraynalıları qorxutmaq və soyqırım etmək idi. Hücumun ikinci eşelonunda olduqları üçün onlar yaşayış evlərinin axtarışı, girovların və mülki şəxslərin ələ salınması, quldurluq və soyğunçuluqla məşğul olublar. Rusiya qoşunları ilk irimiqyaslı itkilər verməyə başladıqdan sonra kadırovçulara işğalçıların geri çəkilən bölmələrini dayandırmaq və aşkar şəkildə döyüşməkdən imtina edənləri gülləbaran etmək əmri verilib”, - məlumatda deyilir.

Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, “Ukrayna əsgərləri tərəfindən biabırçı şəkildə geri atılan Kadırovçular” Kiyev və Çerniqovdan Luqansk və Mariupol istiqamətlərinə gediblər, orada TikTok üçün soyğunçuluq ediblər və videolar çəkiblər.

“Maraqlıdır ki, Kadırovun “tiktokerləri”nin saxta təliminə, mənəvi-psixoloji vəziyyətinə və texnikasına baxmayaraq, hətta aktiv döyüşlər zonasından kənarda da, 2,5 min muzdludan 100-ə yaxını həlak olub, 300-ə yaxını yaralanıb, 60-dan çoxu isə Ukraynanı tərk edərək qaçıb", - kəşfiyyat qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin