Rus əsgərləri Kiyevin yaxınlığında 2 silahsız mülki şəxsi belə güllələdi - VİDEO

Hazırda oxunan: Rus əsgərləri Kiyevin yaxınlığında 2 silahsız mülki şəxsi belə güllələdi - VİDEO

74445

Rus əsgərləri 2022-ci ilin martında Kiyevin kənarındakı toqquşmalardan geri çəkilərkən iki silahsız mülki şəxsi güllələyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə CNN telenakanalı məlumat yayıb.

Mənbə iki ukraynalının soyuqqanlı şəkildə qətlə yetirilməsinin müşahidə kameralarına düşən videosunu əldə edib. İndi hadisə Ukrayna prokurorluğu tərəfindən hərbi cinayət kimi araşdırılır.

Mülki şəxslərə hücumu qadağan edən müharibə qaydalarına görə bu hərəkət hərbi cinayət hesab olunur.

CNN qurbanların şəxsiyyətini müəyyənləşdirib. Onlardan biri talan edilmiş avtosalonun sahibi olub, adı açıqlanmayıb. Digəri isə orada mühafizəçi işləyən 68 yaşlı Leonid Alekseyeviç Plyats olub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin