Erməni həkimləri bizə işğəncələr verirdi.
Bizim.Media-nın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Anar Əliyev deyib.
O bildirib ki, könüllü olaraq döyüşlərə qatılıb:
“10 noyabrda ermənilər tərəfindən əsir götürüldüm. Əsgərlər də işgəncə verirdilər. Amma ən dəhşətlisi həkimlərin işgəncələri idi. Bu, bizi ruhdan salmırdı. 12 gün İrəvanda həbsxana həyatım oldu. Yatanda gəlib bizi vururdular.
Gün ərzində cəmi 1 saat ayaqüstə yata bilirdik. 14 dekabrda da bizi gətirəndə hara getdiyimizi bilmədik. Təyyarədə bildik ki, Bakıya gətirilirik.
Ölkə Prezidentimizin səyi nəticəsində Dilqəm və Şahbazın da adının siyahıda olduğunu bildik. Onların 6 ildə orada çəkdiyi işgəncələri biz hələ görməmişdik. Biz buna görə çox sevinirdik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:49 / 05.01.2021
''Ən dəhşətlisi erməni həkimlərin verdiyi əziyyətlər idi'' - Anar Əliyev
Hazırda oxunan: ''Ən dəhşətlisi erməni həkimlərin verdiyi əziyyətlər idi'' - Anar Əliyev
Hazırda oxunan: ''Ən dəhşətlisi erməni həkimlərin verdiyi əziyyətlər idi'' - Anar Əliyev
7441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.