Xəbər verdiyimiz kimi, İtalyanın Turin şəhərində keçirilən sayca 66-cı nüfuzlu “Avroviziya-2022”nin qalibi Ukraynanın "Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə 631 xalla qalib olub.
Bizim.Media xəbər verir ki, Azərbaycana “Avroviziya-2022” beynəlxalq mahnı yarışmasında iştirak edən 40 ölkə bu cür səs verib.
Azərbaycan peşəkar münsif heyəti səsverməsinin nəticələrinə görə ümumilikdə 103 xal toplayıb.
12 xal verən ölkələr: Yunanıstan, Serbiya, İspaniya,
10 xal verən ölkə: Kipr,
7 xal verən ölkələr: San Marino, Böyük Britaniya, İsveç,
6 xal verən ölkə: Almaniya,
5 xal verən ölkə: Ukrayna,
4 xal verən ölkə: Şimali Makedoniya,
3 xal verən ölkələr: Estoniya, Belçika, Bolqariya, Finlandiya, Albaniya,
2 xal verən ölkələr: Malta, Avstraliya,
1 xal verən ölkələr: Moldova, Monteneqro.
Ümumiyyətlə Azərbaycana səs verməyən ölkələr isə Niderland, Portuqaliya, Norveç, İsrail, Polşa, İslandiya, Latviya, İsveçrə, Danimarka, Fransa, Ermənistan, Rumıniya, İrlandiya, Sloveniya, Gürcüstan, Xorvatiya, Litva, Avstriya, Çexiya, İtaliya olub.
Qeyd edək ki, “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizi müğənni Nadir Rüstəmli “Fade to black” mahnısı ilə təmsil edib.
Nadir ölkələr arasında keçən, münsif heyətinin verdiyi səsvermədə 103, SMS səsvermədə isə 3 xal toplayıb. Ümümilikdə 106 xalla təmsilçimiz 16-cı yerdə qərarlaşıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:36 / 15.05.2022
Azərbaycana “Avroviziya – 2022”də maksimal və minimal xal verən ÖLKƏLƏR
Hazırda oxunan: Azərbaycana “Avroviziya – 2022”də maksimal və minimal xal verən ÖLKƏLƏR
Hazırda oxunan: Azərbaycana “Avroviziya – 2022”də maksimal və minimal xal verən ÖLKƏLƏR
74402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.