Ceyhun Bayramovla iranlı həmkarı arasında TELEFON DANIŞIĞI – Bu məsələlər müzakirə olundu 

Hazırda oxunan: Ceyhun Bayramovla iranlı həmkarı arasında TELEFON DANIŞIĞI – Bu məsələlər müzakirə olundu 

74342

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. 

Bizim.Media XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirlər ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər.

İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb. 

İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və bu çərçivədə əldə olunan razılıqların icrası təqdir edilib. Tərəflər, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət təkan verdiyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov həmkarının İran İslam Respublikasına səfər dəvətini məmnunluqla qəbul edib və səfərin yaxın zamanlarda həyata keçiriləcəyini bildirib. Tərəflər, həmçinin regional vəziyyət və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin