“Gedib əməliyyat etdirib, ana qarışqaya oxşayırlar”.
Bizim.Media xəbər verir ki, bu sözləri şou-biznesdə “Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova “MTV maqazin” verilişinə müsahibəsində deyib.
Gözəllik naminə bir-biri ilə bəhsə girib, bıçaq altına uzanan həmkarlarını sənətçi məsxərəyə qoyub. Ələkbərova ombasını reklam edən xanım məşhurları “ağ yuyub, qara sərib”.
“Əməliyyat elətdirmisən, sağlığına qismət. Niyə oranı-buranı efirdə reklam edirsən? Həmin adamı yoxlasan, görərsən ki, o başqa işlər üçün sənətə gəlmək istəyir. Mən də əməliyyat olunanda, əməliyyatımı çəkib, paylaşmışam. Amma onlar arxalarını göz önünə çıxardıb, efirdə nümayiş edirlər.
Bu isə yolverilməzdir. Bunları bəyənmirəm. Sən müğənnisən, çıx, mahnını oxu, arxanı, ombanı niyə göstərirsən?! Sən bu hərəkətinlə nə demək istəyirsən? Hər kəs öz əxlaqını, tərbiyəsini, əqidəsini nümayiş etdirir. Tərbiyəsiz hər yerdə tərbiyəsizdir”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:55 / 14.05.2022
“Pişik” Günel əməliyyat etdirən məşhurları ana qarışqaya BƏNZƏTDİ – VİDEO
Hazırda oxunan: “Pişik” Günel əməliyyat etdirən məşhurları ana qarışqaya BƏNZƏTDİ – VİDEO
Hazırda oxunan: “Pişik” Günel əməliyyat etdirən məşhurları ana qarışqaya BƏNZƏTDİ – VİDEO
74323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.