Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bu gün öz işini davam etdirib.
Bizim.Media xəbər verir ki, festivalın son günündə ilk olaraq səhnəyə yerli folklor ansamblları çıxıb.
Bu dəfə də Qarabağın incisi olan Şuşa özünə qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar muğamı ilə birgə müxtəlif xalqların musiqisinə, mədəniyyətinə və onun görüşünə gələn qonaqlara qucaq açıb.
Konsertdə “Qorqud” Folklor Ansamblı, “Halay” talış folklor qrupu, “Nənələr” ingiloy folklor qrupu, “Adıgün” axıska türklərinin folklor qrupu, Aşıq Elman Talıstanlı, “Cahan” avar folklor qrupu, “Çeşmə” folklor ansamblı, “Hudulki” avar rəqs qrupu çıxış ediblər.
Qeyd edək ki, ilk dəfə 1989-cu ilin mayında təşkil olunan “Xarıbülbül” festivalı uzun illərdən sonra bərpa edilməklə yanaşı, milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:33 / 14.05.2022
“Xarıbülbül” Festivalının son günündə FOLKLOR ŞOUSU
Hazırda oxunan: “Xarıbülbül” Festivalının son günündə FOLKLOR ŞOUSU
Hazırda oxunan: “Xarıbülbül” Festivalının son günündə FOLKLOR ŞOUSU
74311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.