"Başqa ölkəyə miqrasiya etmək böyük güc tələb edir. Yeni dünyaya inteqrasiya olmaq göründüyü kimi asan deyil. Mən özümlə və mənim kimi həyatını söküb sıfırdan quran insanlarla fəxr edirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkə hesabında yazıb.
Bakıda radioların birində çəkilmiş arxiv fotosunu paylaşan Günel, ABŞ-a köçəndən sonra əldə etdiyi naliyyətlərdən danışıb.
Teleaparıcılığı sosial şəbəkə və marketinq sahəsinə dəyişən keçmiş aparıcı yazdığı fikirlərlə diqqət çəkib.
"Çalışdığım yerdə hərə özü haqda şən fakt söyləməli idi. Mənim ağlıma isə bir vaxtlar etdiyim radio, televiziya aparıcılığı düşdü. Səklimi tapıb paylaşmalı idim qrupda, və o şəkil məni düşündürdü, biraz həyacanlandırdı, biraz fəxr hissi verdi. Özümə dedim ki, ay qız, sən nə qədər yol qət etmisən!"
Qeyd edək ki, G.Hümbətova illər öncə Firuz Soliyev adlı gənclə evlənib. Cütlük bir müddət sonra ABŞ-a köçüb. Onların Jozefina adlı qızları var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:08 / 13.05.2022
Amerikaya köçən keçmiş aparıcı Günel: "Ay qız, sən nə qədər yol qət etmisən!" - FOTO
Hazırda oxunan: Amerikaya köçən keçmiş aparıcı Günel: "Ay qız, sən nə qədər yol qət etmisən!" - FOTO
Hazırda oxunan: Amerikaya köçən keçmiş aparıcı Günel: "Ay qız, sən nə qədər yol qət etmisən!" - FOTO
74242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.