Yanacağın qiyməti niyə qalxdı? - “İki sektor üzrə dəstək paketi genişlənəcək” - DEPUTAT

Hazırda oxunan: Yanacağın qiyməti niyə qalxdı? - “İki sektor üzrə dəstək paketi genişlənəcək” - DEPUTAT

7423

“Dizel yanacağının qiymətinin artması xüsusilə iki sahədə - kənd təsərrüfatı və ictimai nəqliyyatdakı xərclərə birbaşa təsir edəcək”. 

Bu baxımdan dizel yanacağının qiymətinin artımlarından sonra hər iki sektor üzrə dəstək paketinin genişləndirilməsi gözlənilir”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda hələ uzun müddət tənəzzül yaşanacaq – Vüqar Bayramov



Onun sözlərinə görə xüsusilə kənd təsərrüfatı sahəsində istifadə olunan texnikanın əhəmiyyətli sahəsi dizel yanacağıdır.

İl yeni başlandığından kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür:

''Təklif edirik ki, 2021-ci il üçün aqrar sektorda subsidiyaların məbləği hesablanan zaman dizel yanacağındakı qiymət artımı nəzərə alınsın. Həmin qiymət artımından yaranan fərq nəzərə alınmaqla subsidiya məbləği hesablansın. Bu zaman dizel yanacağının qiymətinin artırılmasını kənd təsərrüfatındakı qiymətlərinə təsirlərini minimumlaşdırmaq mümkün olacaq''.

''Subsidiya məbləğinin artırılması nəticə etibarilə imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın və qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun''. 

Deputat qeyd edib ki, Tarif Şurasının qərarında da bildirilir ki, hökumət ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan sahibkarlar üçün dəstək mexanizmi hazırlayır:

''Dəstək mexanizmində də xüsusən dizel yanacağının qiymətinin artmasından yaranan fərqin nəzərə alınması və buna uyğun olaraq ictimai nəqliyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi dəstəyin nümayiş etdiriləcəyi gözlənilir.

''Bu da təbii ki, vacibdir və ictimai nəqliyyatda fəaliyyət göstərən sahibkarların xərclərinin optimallaşdırılması baxımından əhəmiyyətlidir. Hərçənd ki, rəsmi açıqlamalar da yayıldı ki, ictimai nəqliyyatda gediş haqları artırılması gözlənilmir. Yəni bununla bağlı müraciət yoxdur. O baxımdan ictimai sektorda olan sahibkarlar üçün kompensasiyanın dövlət tərəfindən dəstək formasında ödəniləcəyi gözlənilir''. 

Adətən belə qiymət artımlarında psixoloji tərəflərin olduğunu vurğulayan deputat istehlak bazarında monitorinqlərin gücləndirilməsinin məqsədəuyğun olduğunu bildirib:

“Xüsusən də süni qiymət artımlarında mübarizənin güclənməsi çox vacibdir. Dizel və benzinin qiymətinin artmasının təsir etmədiyi sektorlarda süni şəkildə qiymət artımının baş verməməsi üçün monitorinqin keçirilməsinə böyük ehtiyac var. Bu da bazarda psixoloji baxımdan süni qiymət artımlarının qarşısını ala bilər”.  

Alçina Amilqızı, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin